Hüsnü Mübarəkə ömürlük həbs cəzası verildi

Hüsnü Mübarəkə ömürlük həbs cəzası verildi
13:49 02.06.2012
1338
Keçmiş prezident canını edamdan qurtardıMisrin keçmiş prezidenti Hüsnü Mübarək haqqında məhkəmə hökmü elan olunub. AZXEBER.COM-un məlumatına görə, hökmü hakim Əhməd Rıfat oxuyub. Prokurorun edam qərarı istəməsinə rəğmən hakim Hüsnü Mübarəkin ömürlük həbsə məhkum olunduğunu bildirib. Məhkəmə bu gün yerli vaxtla saat 11-də başlayıb. Mübarək məhkəməyə Qahirə yaxınlığındakı xəstəxanadan vertolyotla və ciddi təhlükəsizlik tədbirləri altında gətirilib.
OXŞAR XƏBƏRLƏR