Hövsanda ağır qəza: 2 nəfər öldü, 12 nəfər yaralandı

SOSİAL
13:51 06.08.2019
4103
Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi "Mercedes" və N.Həşimovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR