"Hyundai"ın zavodunda faciəvi qəza: Maşın alan üç adam zəhərlənərək öldü

DÜNYA
13:17 20.11.2024
150
Cənubi Koreyanın Ulsan şəhərində "Hyundai" avtomobil zavodunda avtomobilləri sınaqdan keçirən 3 nəfər zəhərli qazın yığılması nəticəsində boğularaq ölüb.
 
AZXEBER.COM "Yonhap" Xəbər Agentliyinə istinadən xəbər verir ki, rəsmilər hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şirkətin 3 əməkdaşı xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
 
Avtomobil istehsalçısı həyatını itirənlərin ailələrinə başsağlığı verib və eyni hadisənin bir daha təkrarlanmaması üçün lazımi tədbirləri görəcəyini bildirib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR