"Hz İsaya əbədi sevgim olsa da..." - Murad Arif

"Hz İsaya əbədi sevgim olsa da..." - Murad Arif
MAQAZİN
11:13 15.11.2024
398
Müğənni Murad Arif ailəsi ilə birlikdə İtaliyaya tətilə yollanıb.
 
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkə hesabında tətil görüntülərini paylaşan müğənninin yazdığı sözlər birmənalı qarşılanmayıb.
 
Sənətçi Həzrəti Isaya olan sevgisini dilə gətirib:
 
"İsaya olan əbədi sevgimin tam əksi olaraq Vatikanda inanılmaz bir neqativ hiss edirəm. O pak və ülvi insanın kultu üzərində böyük siyasət və iqtisadiyyat qurulub. Bir dəfə Maradona Roma Papasına xitabən demişdi ki, "Vatikan qızıl tavanların altında planetin ac uşaqları haqqında danışır! Halbuki, bu var-dövlətlə bütün acları doyurmaq olar". Buranı qarış-qarış gəzib, dinin (dinlərin) mahiyyətini bir daha anlayırsan. Bəzi şeylər qəlb gözüylə anlaşılır".
 
Aysel 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR