İș adamlarının Avropa səfəri uğurla bașa çatıb - FOTOLAR

İș adamlarının Avropa səfəri uğurla bașa çatıb - FOTOLAR
SOSİAL
09:25 30.10.2025
109
Marsol Group-un təşkilatçılığı ilə 17–27 oktyabr tarixlərini əhatə edən Avropa səfəri uğurla başa çatıb. Səfərin əsas məqsədi Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarında təcrübə mübadiləsinin aparılması və biznes əməkdaşlığı imkanlarının artırılması olub.

Səfər Fransanın Lyon şəhərindən başlayaraq İsveçrənin Cenevrə, Bern, Chur, İtaliyanın Tirano, Almaniyanın Baden-Baden, Ştutqart və Berlin şəhərlərini əhatə edib. Proqram çərçivəsində iştirakçılar həm işgüzar, həm də səyahət yönümlü təcrübə qazanıblar.

Lyonda tarixi və memarlıq abidələrinə ziyarət təşkil olunub, Cenevrədə isə BMT-nin Avropa ofisi və "Broken Chair” abidəsi ilə tanışlıq baş tutub. Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərovla işgüzar görüş səfərin önəmli mərhələlərindən biri olub. Həmçinin "Bernina Express” marşrutu ilə Alp dağları boyunca təşkil edilən səyahət iştirakçılarda unudulmaz təəssüratlar yaradıb.

Almaniya mərhələsində Ştutqart şəhərində keçirilən Blechexpo 2025 – Beynəlxalq Sənaye Texnologiyaları Sərgisi ziyarət edilib. Burada iştirakçılar sənaye və istehsal texnologiyaları sahəsində ən son innovasiyalarla tanış olublar.

Səfərin son dayanacağı Berlin şəhəri olub. Burada Azərbaycan Respublikasının Almaniyadakı səfirinin müavini Samir Rzayev və səfirliyin iqtisadi məsələlər üzrə attaşesi Əlvan Balaşovun iştirakı ilə azərbaycanlı və türkiyəli iş adamlarının qatıldığı işgüzar görüş keçirilib. Görüş zamanı sahibkarlar arasında əməkdaşlıq, təcrübə mübadiləsi və Avropada biznes imkanları barədə fikir mübadiləsi aparılıb.

Paytaxtda 25–27 oktyabr tarixlərində həm ekskursiya proqramı, həm də bir sıra işgüzar görüşlər təşkil edilib. İştirakçılar Brandenburg Qapısı, Reichstag binası, Berlin Divarı və Berliner Dom kimi şəhərin simvolik məkanlarını ziyarət ediblər.

Marsol Group partnyorları, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən MAMA – "Ana Təbiət” beynəlxalq incəsənət sərgisində iştirak ediblər.

Berlin səfərinin son günündə Türk-Alman İşəgötürənlər Birliyində (TDU) işgüzar görüş baş tutub. TDU-nun sədri Remzi Kaplan qurumun fəaliyyəti və Almaniyada işgüzar mühit barədə məlumat verib. İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev isə Marsol Group-un fəaliyyəti, həyata keçirilən layihələr və səfərin məqsədləri barədə çıxış edib.

Tural Mustafayev səfərlə bağlı bildirib ki, bu təşəbbüs sahibkarlar üçün həm yeni biznes əlaqələrinin qurulması, həm də Avropanın iqtisadi və mədəni mühitini yaxından tanımaq baxımından əhəmiyyətli platforma olub. Onun sözlərinə görə, səfər həm işgüzar, həm də səyahət təəssüratları baxımından dəyərli təcrübə olub və bu kimi beynəlxalq təşəbbüslər Azərbaycan sahibkarlarının qlobal biznes mühitinə inteqrasiyasına mühüm töhfə verəcək. 

Marsol Group gələcəkdə də yerli sahibkarların beynəlxalq təcrübə qazanması və əməkdaşlıq imkanlarının genişlənməsi istiqamətində layihələr həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, səfər "Amazon Travel” şirkətinin təşkilati dəstəyi ilə baş tutub.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri