I Avropa Oyunları ilə əlaqədar işçi qrupunun iclası keçirilib

İDMAN
11:40 15.03.2014
956
2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirilib.AZXEBER.COM Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, işçi qrupun rəhbəri, nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə danışıb. Qeyd edib ki, oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş "Tədbirlər Planı"ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR