I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək

I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
SOSİAL
22:10 05.07.2020
2566
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 10-da karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, imtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda olacaq.

İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.

Bundan əlavə, 10 iyulda imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində  buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili)  keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi” sabah gün ərzində Mərkəzin saytında yerləşdiriləcək.

Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi