I Qarabağ müharibəsinin şəhidi Ələkbər Babayev dəfn edildi

SOSİAL
13:53 01.11.2024
159
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən şəhid Babayev Ələkbər Əzizağa oğlunun meyitinin qalıqları dəfn olunub.

Şəhidin nəşi Maştağa qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
///report
OXŞAR XƏBƏRLƏR