I sinfə sənəd qəbulunun TARİXİ AÇIQLANDI

I sinfə sənəd qəbulunun TARİXİ AÇIQLANDI
SOSİAL
11:42 07.03.2019
3045
Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.

AZXEBER.COM xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

BŞTİ rəsmisi qeyd edib ki, martın 13-də səhər saat 10-da sənəd qəbulu başlayır.

"Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq", - müdir müavini əlavə edib.
OXŞAR XƏBƏRLƏR