İqlim siyasətinin razılaşdırılması Azərbaycanda dayanıqlı aviasiya yanacağının (SAF) səmərəli tətbiqi üçün şərait yaradacaq.
AZXEBER.COM xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) sıfır emissiyaya keçid üzrə direktoru Hemant Mistri Bakıda keçirilən "Aviasiya Enerji Forumu 2025”də deyib.
"Neft və qazın böyük istehsalçılarından biri olan Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi onun iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir və qlobal iqlim gündəmi üçün ümidverici siqnaldır. Bu baxımdan ölkə öz iqlim siyasətini və standartlarını beynəlxalq normalara uyğunlaşdırmaq imkanını nəzərdən keçirir. Bu, xüsusilə aviasiya sənayesində SAF-ın tətbiqi istiqamətində mühüm addım ola bilər", - o qeyd edib.