Azərbaycanın İlk Gənclər Klubu – IB Club Rekordunu yenilədi..Azərbaycandakı İlk və Ən böyük Gənclər Klubu - "IB Club"-un Mətbuat xidmətindən bildirilir ki, keçən ay ərzində Gənclər üçün tam 110 öyrədici - əyləncəli tədbir təşkil edilib.Təhsil və Əyləncə istiqamətli tədbirlərin təşkilatçısı olan IB Club, Gənclərin dil biliklərin artırılması üzrə Sentyabr ayında 3 dil üzrə 84 ödənişsiz Conversation təşkil edib.IB Clubda yalnızca Sentyabr üzrə Azərbaycanlı və Xarici müəllimlərin təqdimatında 63 ingilis dili Conversationu keçirilmişdir.Sentyabr ayı ərzində Rus dili üzrə 18, Alman dili üzrə 3 ödənişsiz danışıq dərsi keçirilmişdir.IB Club Gəncləri ötən ay 7 mafia oyunu, 5 Kino günündə iştirak edib, Knotty Game intelektual oyununun və Think`O Language Game-in iştirakçısı olublar.Gənclər Ötən ay ərzində IB Club kitabxanası vasitəsiylə 345 kitab oxuyublar.Sentyabr ayı ərzində Psixoloq “Elnur Rüstəmov”un təqdimatında “Mən və Ailəm” seminarı və Azercell şirkətində Biznes təhlili üzrə ekspert “Mustafa Hüseynov”un təqdimatında “Telekommunikasiya sahəsində Marketing” seminarının iştirakçısı olan klub üzvləri keçirilən bütün bu tədbirlər üçün heç bir ödəniş etməyiblər.IB Club Gəncləri Sentyabr ayı ərzində Masallı gəzintisinin iştirakçısı olmaqla bərabər, IB Clubun yaratdığı şərait sayəsində birbaşa Club üzvlərinin təşkilatçılığı ilə keçirilən Bakıdaxili gəzinti , Velo tur, Voleybol, Açıq havada Mafia Game, Futbol, Basketbol və Bowling çempionatlarının iştirakçısı olublar.IB Clubun mətbuat xidmətindən bildirilir ki, bu ay keçirilən 110 tədbirlə birlikdə IB Club 1 ay ərzində keçirilən tədbirlər üzrə öz rekordunu yeniləmiş oldu. Noyabr ayında artıq il üzrə 1000-ci tədbirin də keçiriləcəyini bildirən mətbuat xidməti işçisi, 1111-ci tədbirin xüsusilə qeyd olunacağını da vurğuladı.Xatırladaq ki, IB Club Azərbaycanda İlk və Ən böyük Gənclər klubudur. Daha Ətraflı:Facebook: https://www.facebook.com/ibclubfan