‘IB Gənclər Məclisi’ndə bütün spikerlər açıqlandı – SIYAHI

GƏNCLİK
13:51 10.05.2012
2124

Spikerlər arasında AZXEBER.COM portalının redaktoru Hacıbəy Heydərlinin də adı var. 

AZXEBER.COM-a verilən məlumata görə, “IB Club” Yanvar ayında keçirilmiş “IB Gənclər Məclisi – Sənin vitaminin” tədbirindən sonra, ilin ikinci məclisini həyata keçirməyə hazırlaşır.

Layihənin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyətin yaradılması və uğurlu gəncləri tanıtmaqla gənclər sektoruna töhfə verməkdir.

“IB Club”-un ideyası və “Vita1000” meyvə şirələrinin baş sponsorluğu ilə keçiriləcək “IB Gənclər Məclisi” layihəsi quruluş baxımından ötən Məclisdən çox fərqli olacaq. Gənclərin və gənc ruhlu şəxslərin uğurlarını, kəşflərini, yeniliklərini deyə biləcəkləri bir məclis yaradılmaqla, qurumun fəaliyyəti çərçivəsində fikir mübadiləsi, təqdimatlar və digər tədbirlər baş tutacaq. Bu məclisin spiker heyəti uğurlu karyera qurmuş, öz təşəbbüsləri ilə dəyişiklik, yenilik etmiş, gənc yaşlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan ixtisaslı gənclərdir.

Murad İsayev – Psixoloq

İlkin Manafov – Marketinq Direktoru

Yusif Kərimli – Reportyor

Vüsal Qəmbərov – Marketoloq

Günay Əliyeva – HR Məsləhətçi

Elməddin Cəfərov – Aktyor

Renat Əzməmmədov –Marketing Direktoru

Ayaz Alışov – Şəxsi inkişaf təlimçisi

Roya Babayev – Bazar Araşdırma Mütəxəssisi

Aydın Əhmədov –Marka Rəhbəri

İsa Aydın – Fotoqraf

Hacıbəy Heydərov – Jurnalist

Leyla Əmirova –HR Mütəxəssis

Tədbirə 200 Gəncin iştirakıyla bərabər, müxtəlif şirkət rəhbərləri xüsusi dəvətnamələrlə qatıla biləcəklər.

Qeyd edək ki, sözügedən layihə May ayının 13-də “Beynəlxalq Ticarət Mərkəzində (ITC)” reallaşdırılacaq.

Layihənin baş Sponsoru “Vita1000” meyvə şirələri, Layihənin sponsorları: “Petkim”, “Pierre Cardin”, “Alma Store”, “belia” youth marketing, “Secret” kitab dünyası, “S&N”, “Bizim Tarla”, “LIB” dil dərsləri, “Desperado” musiqi məktəbi, “Vinni”, “25 Advert” reklam agentliyi, “NANO” kompyuter mağazaları, və “Velorent”.

Layihənin tərəfdaşı: YAP Gənclər Birliyi

Təşkilatı dəstək: Bakı Film İnistitutu, Gənclərin İnkişaf Mərkəzi

İnformasiya dəstəyi: www.inkisafmerkezi.az, www.resurs.az, www.azxeber.com, www.foxnews.az

OXŞAR XƏBƏRLƏR