IBA Miles kartlarını alanlar üçün “Xoş gəldin” kampaniyası!

İQTİSADİYYAT
16:29 17.09.2020
307
Azərbaycan Beynəlxalq Bankı özünün yeni kart məhsullarından olan IBA Miles kartları ilə bağlı yeni kampaniyaya start verib. "Xoş gəldin” adlanan kampaniya çərçivəsində oktyabrın 12-ə qədər hər bir yeni IBA Miles kartı alan müştəriyə dövriyyə tələbi olmadan 2000 mil, IBA Miles Premium kartı istifadəçilərinə isə 4000 mil hədiyyə ediləcək. IBA Miles kartlarını buradan onlayn sifariş vermək olar.

IBA Miles kartları, əsasən, səyahətsevərlər üçün nəzərdə tutulub. Müştərilər ödənişlərini bu kartlarla aparıb millər toplayaraq pulsuz səyahət imkanlarından istifadə edə bilərlər. IBA Miles kartları müştəriyə nağdsız ödənişlərdən millər qazandırır. Sonra isə toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür. Sifariş edilmiş IBA Miles Premium kartlarını seçimindən asılı olaraq Bank müştərinin ünvanına çatdırır. IBA Miles Premium kart sahibləri Chatbot Concierge, Lounge Key xidmətindən, Mastercardın təklif etdiyi sığorta və digər xidmətlərdən də yararlana bilərlər.

IBA Miles kartlarının bir çox üstünlükləri var. Kartdan istifadə müddəti 3 ildir. Azərbaycan Beynəlxalq Bankının ATM-lərində IBA Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində mil balansını yoxlamaq olur. "QayğıCash proqramı” çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlıq edən məkanlarda isə bu kartlarla aparılmış hər ödəniş kəşbək faizindən asılı olaraq müştəriyə əlavə millər də gətirir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:07 26.10.2020

Prezident: "Yeni yaşayaş məntəqələri işğaldan azad olunub"

12:59 26.10.2020

İlham Əliyev: "Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu?"

12:56 26.10.2020

Prezident: "Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr"

12:53 26.10.2020

İlham Əliyev: "“Biz yeni reallıq yaratmışıq, hesablaşın!"

12:50 26.10.2020

Ali Baş Komandan: "Axıra qədər gedəcəyik, sonacan gedəcəyik"

12:49 26.10.2020

Prezident: "Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram"

12:47 26.10.2020

Prezident: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

12:42 26.10.2020

“Yığılmışıq boğaza bu danışıqlardan”

12:32 26.10.2020

Prezident: "Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edib”

12:30 26.10.2020

İlham Əliyev: "Biz dünya ictimaiyyətini münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq"

12:18 26.10.2020

Ağcabədi rayonu atəşə tutuldu - MN

12:05 26.10.2020

Prezident İlham Əliyev xalqa müraciət edəcək

12:04 26.10.2020

MN: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

12:02 26.10.2020

MN: Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

11:52 26.10.2020

Poqba Makronun müsəlmanlarla bağlı açıqlamasına görə Fransa millisindən getdi

11:47 26.10.2020

Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq