İbrahim Borçalının mərhum oğlunun illər öncəki məktubu üzə çıxdı

İbrahim Borçalının mərhum oğlunun illər öncəki məktubu üzə çıxdı
MAQAZİN
10:52 28.06.2025
170
Müğənni İbrahim Borçalı izləyicilərini kədərləndirən paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, o, vəfat edən oğlu Rəhimin illər öncə anası üçün yazdığı məktubu yayımlayıb.
 
"Bu məktub illər əvvəl oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla... Həmin məktubu qızım 5 il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə qardaşının istəyini yerinə yetirib, ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bu gün bizimlə bölüşərək göz yaşlarıyla olsa da, bizi çox sevindirdin. Qürur duyuram səninlə qızım. Oğlum,nur içində yat! Sözlərin bugün bizi sənə yaxınlaşdırdı" - deyə müğənni duyğusal paylaşımında qeyd edib.
 
Aysel

 


 

OXŞAR XƏBƏRLƏR