İbrahim Kalın: “Eyni ruh və qətiyyət Qarabağı azad etdi”

İbrahim Kalın: “Eyni ruh və qətiyyət Qarabağı azad etdi”
SİYASƏT
17:37 15.09.2021
1107
Türkiyə prezidentinin sozçüsü İbrahim Kalın Bakının azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşım edib.

"Qafqaz İslam Ordusunun Bakını azad etməsinin ildönümündə Nuri Paşa başda olmaqla bütün şəhidlərimizi və qazilərimizi rəhmət və minnətdarlıqla anıram”, - deyə o "Twitter” hesabında yazıb.

Kalın qeyd edib ki, bir əsr sonra eyni ruh və qətiyyət Qarabağı azad etdi.

"Türkiyə-Azərbaycan qardaşlığı əbədi qalacaq”, - deyə o vurğulayıb
OXŞAR XƏBƏRLƏR