İbrahim Məmmədov: "Aidiyyəti olmayan SMS-lər vaxt itkisidir"

SOSİAL
17:53 08.04.2020
375
"Azərbaycan testi alarkən qiymətə yox keyfiyyətə baxır. Alınan testlərin də kifayət qədər yüksək qiyməti var".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

İ.Məmmədovun sözlərinə görə, aidiyyəti üzrə göndərilməyən icazə SMS-lər sadəcə vaxt itkisidir.

O bildirib ki, bugünkü şərtlər məhdudiyyətlərin sərtləşməsinə zəmin yaradır.

İ.Məmmədov xatırladıb ki, hələ ölkədə 1 yoluxma faktı qeydə alınmadığı vaxtda xəstəxanalar boşaldılmışdı:

"Bu kimi qoruyucu tədbirlərin davamlı və effektli olması üçün əhalinin də dəstəyi laızmdır".

OXŞAR XƏBƏRLƏR