AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənnilik karyerası ilə yanaşı siyasi şərhləri və baxışları ilə də tanınan İbrahim Tatlısəs də namizədlik üçün müraciət edib.
Keçmişdə 4 dəfə AK Partiyadan millət vəkili namizədliyi üçün müraciət edən, lakin namizədliyi göstərilməyən İbrahim Tatlısəs 5-ci dəfə deputatlığa namizədlik üçün müraciət edib. O, sənədlərini AK Partiya Şanlıurfa İl Başçılığına təqdim edib.
Tatlısəs deputatlığa namizədliyi ilə bağlı bunları danışıb: "Şanlıurfama xidmət etmək üçün buradayam. Məqsədim Şanlıurfanın problemlərini həll etməkdir, Şanlıurfa siyasətinə yeni nəfəs gətirməkdir. İndi mən siyasi xidmətə can atıram. Vətəndaşlarımı yarı yolda qoymayacağam. Sizin gözünüzün qarşısında söz verirəm. Şanlıurfaya gözəl əsərlər, yaxşı xidmətlər buraxmaq istəyirəm. Şanlıurfanın problemlərini cəsarətlə dilə gətirəcəyəm”.
Aydın Nuri