İbrahim Tatlısəs: "Əlini öpdüyüm günə lənət olsun"

MAQAZİN
12:00 26.01.2014
1822
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs yeni qalmaqala imza atıb. 
ANS PRESS-in məlumatına görə, Türkiyənin Musuqi Əsər Sahibləri Birliyində ötən ilin dekabr ayının 27-də baş verən hadisələrdən sonra İbrahim Tatlısəs və Arif Sağ arasında gedən söz-söhbət böyüyür. 
Ümumi qurum və musiqi əsərləri sahibləri qrupunun birləşməsi üçün səsvermə keçirilib. Yenə də qərara alınıb ki, MESAM-ın başçısı Arif Sağ başçılıqdan çıxarılsın. Buna etiraz edən Arif Sağ yerində qalmağa davam edir. İbrahim Tatlısəsin: “ O kreslonu burax artıq” təpkisinə Sağ açıqlama verib.
Arif Sağ təşkil etdiyi mətbuat konfransında sərt danışıb: “İbrahim dediyi sözlərə fikir verməlidi. Rüşvət üstündə həbs olunan şəxsə “bu yaxşı insandır” deyib sahib çıxmaq lazımdır. Sənə əmək vermiş insana qarşı kobud olmamalısan. Hər kəs həddini bilsin”-deyərək İbrahim Tatlısəsə cavab verib.
Bu sözlərə ifaçıdan Twitter vasitəsi ilə şərh gəlib. İfaçı: “MESAM-ın ləqəbi nədir, bilirsən hörmətli arif Sağ?... Əli Yavuzun kafesi, özünü necə aparmağını hər kəs bilir. Kiməsə hədd öyrədirsənsə, bəs sən niyə həddini bilmirsən? Ged artıq, əl çək kreslodan. sənə bu günə qədər müəllim deyib, əlini öpdüyüm günə təəssüflər olsun. Yaxşısansa, amma ətrafın çox pis gündədir”- deyə şərh yazaraq izləyiciləri ilə paylaşıb.
OXŞAR XƏBƏRLƏR