Azərbaycanlı iş adamı Rza Zərraba İbrahim Tatlısəs sahib çıxıb.
Zərrabın günahsız olduğuna inanan Tatlısəs, "Allahın necə tək olduğuna inanıramsa Zərrabın da günahsız olduğuna o qədər əminəm. İlahi ədalət mütləq yerini tapacaq" deyə, şərh verib. Xüsusilə son zamanlar sosial media ünvanından verdiyi açıqlamaları ilə diqqətləri üzərinə çəkən İbrahim Tatlısəs, ötən günlərdə (FETÖ) terror təşkilatı ilə bağlı maraqlı fikirlər söyləmişdi.
Tatlısəs, bu dəfə açıqlamasına Amerikada günahlandırılan Rza Zərrabı daxil edib. Belə ki, sosial media ünvanından verdiyi açıqlamasında pərəstişkarlarına bu ifadələri söyləyib: "Mən sizdən həmişə doğruları öyrəndim və başım kəsilsə, əsla sizə yalan söyləmərəm. Dəfələrlə oğurluq damğası vurmaq istəsələr də, mənim dediyim həqiqət çıxıb. Mən sizin üçün oğruyamsa Rza da oğrudur".
Qeyd edək ki, İbrahim Tatlısəsdən ABŞ-da həbsdə saxlanılan Rzaya bu cür dəstək gələrkən, Zərrabın həyat yoldaşı Ebru Gündeş Beykoz Ədliyyəsi respublika baş prokurorluğuna gedərək boşanma ərizəsi verib.