İbrahim Tatlısəsin evi yandı - VİDEO/FOTO

İbrahim Tatlısəsin evi yandı - VİDEO/FOTO
MAQAZİN
12:42 28.04.2023
313
İzmirin Narlıdere rayonunda sənətçi İbrahim Tatlısəsin yaşadığı məkanı alov bürüyüb.

AZXEBER.COM xəbər verir ki, Türkiyənin İzmir şəhərində məşhur və lüks binalardan ibarət 4 bloklu tikilidə yanğın olub.  

Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları çağırılıb. Hadisə şahidləri yanğın zamanı xeyli partlayış səsləri eşitdiklərini bildiriblər. 

Yaşanmış bədbəxt hadisənin ardından Türkiyə səhiyyə naziri Fahrettin Koca açıqlama verib:

"7 vətəndaşımız alovlardan təsirlənib. 6 sakin şiddətli tüstü dumanına məruz qalıb. Onlara lazım olan təcili tibbi yardım göstərilib. Hazırda hamısının vəziyyəti yaxşıdır", - deyə nazir bildirib. 

Yanan binada türk sənətçisi İbrahim Tatlısesin də evi olub. Sənətçinin yaşadığı mənzil yanğından ziyan görüb. 

Ayşən

 

OXŞAR XƏBƏRLƏR