İbrahimbəyov Mehriban Əliyevaya təşəkkür etdi

İbrahimbəyov Mehriban Əliyevaya təşəkkür etdi
SİYASƏT
13:19 01.05.2018
4022
Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun fasilədən sonra mətbuata açıqlama verib. AZXEBER.COM xəbər verir ki, o, Modern.az-a bəzi məsələlərlə bağlı danışıb.

Bir vaxtlar siyasi meydana qatılsa da, indi siyasətdən tamam uzaq olduğunu bildirib:

"Hazırda teatr səhnəsi üçün tamaşalar yazıram. Yaradıcı işlərimdən zövq aldığımı deyə bilərəm. Artıq siyasətdə də yoxam. 2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə  siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi. Amma 2013-cü ildə siyasətə qatılmaqla Cəmil Həsənli kimi dəyərli bir insanı tanıdım Bu gün də əlaqələrimiz var”.
Kinorejissor ziyalı kəsimlə də bağlı fikirlərini bölüşüb:

"Azərbaycanda ziyalı kəslər kifayət qədərdir. Ziyalılıq isə ziyalı təbəqə kimi sıradan çıxıb. Ona görə də Azərbaycan ziyalılarına müraciət edərək deyirəm ki, aktiv olsunlar! İctimai siyasətə yox, ictimai həyata açıq olsunlar”.

Rüstəm İbrahimbəyov mərhum qardaşı Maqsud İbrahimbəyovun bu yaxınlarda  olmuş Yaradıcılıq Mərkəzinin açılışından da söz açıb.

"Qardaşım Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsinə çox şad oldum.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da açılışda  iştirak etmişdi. Ümumiyyətlə, onların hər birinə təşəkkür edirəm ki, Maqsudla mənim baba ocağımı diqqətdən kənar qoymadılar. Bu, həm də Maqsudun dünya şöhrətli yazıçı olmasından irəli gəlir ki, dünyasını dəyişsə də, onunla bağlı xatirələr unudulmadı. Bundan sonra həmin binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək”.

O, Bakı üçün darıxdığını da dilə gətirib:

"Vətənim üçün çox darıxıram. Yalnız bir dəfə Bakıya gəlmək qismət oldu. O da qardaşım dünyasını dəyişəndə... Sadəcə, indi vətənim üçün darıxsam da, gəlməyə o qədər də marağım yoxdur”. 

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR