İbrahimbəyov Milli Şuranın sədrliyindən getdi

SİYASƏT
10:20 29.11.2013
1082

Rüstəm İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verir. 

APA-nın məlumatına görə, bu barədə "Azadlıq" qəzetinə R. İbrahimbəyovun özü məlumat verib.

R.İbrahimbəyov deyib ki, o artıq Milli Şuraya bununla bağlı məktub göndərib: “Düşünürəm ki, obyektiv səbəblərdən Bakıda ola bilmədiyim üçün sədrlikdən getməyim yaxşı olar. Bu vəzifəni Cəmil bəy üzərinə götürsə yaxşıdır. Çünki o, daim Bakıdadır və Şuranın işində birbaşa iştirak edə bilir”.

R. İbrahimbəyov bildirib ki, o bununla bağlı artıq Cəmil Həsənli ilə danışıb və razılaşıb.

OXŞAR XƏBƏRLƏR