İbrahimoviç karyerasını bitirdi

İDMAN
12:17 05.06.2023
266
İbrahimoviç karyerasını bitirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son olaraq İtaliya nəhəngi "Milan"da çıxış edən məşhur isveçli futbolçu Zlatan İbrahimoviç 41 yaşında futbol karyerasını bitirdiyini açıqlayıb.
 
Uzun müddətdir zədələrlə mübarizə aparan və bu mövsüm cəmi 4 oyuna çıxan İbrahimoviç "Futbolla vidalaşıram, sizlərlə yox” sözləri ilə komandada menecer kimi qala biləcəyinə dair siqnallar verib. .

Tanınmış futbolçunun bu qərarına komadası "Milan"ın sosial media hesabından edilən paylaşımda "Əfsanələr əbədi yaşayır" ifadələri yer alıb.

Gülay
OXŞAR XƏBƏRLƏR