İbrahimoviç və Lukaku diskvalifikasiya olundu

İbrahimoviç və Lukaku diskvalifikasiya olundu
İDMAN
20:31 29.01.2021
739
İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç və "İnter"in hücumçusu Romelu Lukaku bir oyunluq cəza alıb.

Buna oyunçuların ölkə kubokunun 1/4 final mərhələsindəki görüş zamanı mübahisə etməsi və bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Federal prokuror insidentdə mümkün irqi ayrı-seçkilik məsələsinin araşdırılmasını tələb edərsə, oyunçuların cəza müddəti uzadıla bilər.

Diskvalifikasiya qərarı yalnız kubok matçlarına şamil olunur. Belədə, belçikalı forvard yarımfinalda "Yuventus"la oyunu buraxmalı olacaq.

Qeyd edək ki, 1/4 finalda "Milan"a 2:1 hesabı ilə qalib gələn "İnter" adını növbəti raunda yazdırıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR