İcbari tibbi sığorta ilə 800 000-ə yaxın MRT və KT müayinəsi aparılıb

İcbari tibbi sığorta ilə 800 000-ə yaxın MRT və KT müayinəsi aparılıb
SAĞLAMLIQ
10:42 18.01.2024
459
 İcbari tibbi sığorta ilə 800 000-ə yaxın MRT və KT müayinəsi aparılıb.
 
AZXEBER.COMxəbər verir ki, bu haqda İcrabri Tibbi Sığorta agentliyinin yaydığı məlumatda qeyd olunub:
 
"İxtisaslı həkim tərəfindən təyin olunan kompüter tomoqrafiyası (KT) və maqnit-rezonans tomoqrafiyası (MRT) müayinələri icbari tibbi sığortanın təminatına daxildir. Baş-beyin, onurğa sütunu, döş qəfəsi, qarın boşluğu və çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumaların KT və MRT müayinələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir. 2021-2023-cü illərdə icbari tibbi sığorta çərçivəsində aparılmış MRT müayinələrinin sayı 348 955, KT müayinələrinin sayı isə 442 165 olub.

KT və MRT kimi müasir vizualizasiya metodları insan bədəninin daxili orqan və toxumalarının vəziyyətini qiymətləndirməyə, müxtəlif patologiyaları aşkar etməyə imkan verir. Hər iki müayinə metodu xəstənin şikayətləri nəzərə alınaraq ixtisaslı həkim müayinəsi əsasında təyin olunur. 

KT - daha çox sümüklərin, yumşaq toxumaların və qan damarlarının təfsilatlı görüntüsünü əldə etmək üçün istifadə olunan şüa diaqnostikası metodudur. KT vasitəsilə daxili orqanların, eləcə də sümüklərin zədələnməsini, daxili qanaxmaları aşkarlamaq mümkündür. Kəllə, döş və qarın boşluğunun kontrastlı KT müayinəsi ağciyər emboliyası, qan damarlarının tutulmalarını müəyyən etməyə imkan verir. MRT ilə müqayisədə KT müayinəsi daha az müddət çəkdiyi üçün təcili diaqnostikada istifadə edilir.

KT üçün rentgen şüalarından istifadə edildiyindən bu müayinə metodu hamilə qadınlara, südverən analara və azyaşlı uşaqlara tövsiyə olunmur.
MRT- ionlaşdırıcı şüalanmadan istifadə etməyən təhlükəsiz diaqnostika üsuludur. MRT əsasən baş və onurğa beynin, yumşaq toxumaların dəyərləndirilməsi üçün ən effektiv müayinə üsuludur. MRT müayinəsi sinir sistemi xəstəliklərinin diaqnostikasında, o cümlədən fəqərəarası disk yırtığı və onurğa kanalının daralmasının daha aydın görüntülənməsində tətbiq edilir. MRT müayinəsi həmçinin onkoloji xəstəliklərin diaqnostikasında geniş istifadə olunur. KT ilə müqayisədə MRT müayinəsi zamanı orqanizm zərərli şüalanmaya məruz qalmır və bu müayinə növü prostat, uşaqlıq boynu, qaraciyər xərçənginin, habelə sümük və beyin metastazlarının daha dəqiq görüntülənməsinə  imkan verir.

Bədənində müxtəlif implantlar, metal fraqmentləri, elektrokardiostimulyator, uşaqlıq daxili spiral, metal protez və ya insulin pompası olan insanlar MRT müayinəsindən əvvəl bu barədə mütləq radioloqa məlumat verməlidir. Həmçinin klaustrofobiyası olan (qapalı yerlərdən qorxan) pasiyentlər üçün MRT müayinəsi məqsədəuyğun deyil.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Qeyd olunan müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım