İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib

İcbari tibbi sığorta ilə bağlı 171 maarifləndirmə tədbiri keçirilib
SOSİAL
10:41 26.07.2023
155
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) Kommunikasiya Strategiyasında əhalinin icbari tibbi sığorta sistemi barədə məlumatlılığının artırılması məqsədilə nəzərdə tutulan tədbirlər 2023-cü ilin birinci yarısında uğurla icra olunub. 

Qurumun Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın AZXCEBER.COM-a verdiyi məlumatına görə Strategiyanın tələblərinə uyğun olaraq sığorta barədə vətəndaşları ən çox maraqlandıran məsələrə aydınlıq gətirmək və tibbi xidmətlərdən sığorta çərçivəsində yararlanmalarını təmin etmək üçün bir neçə istiqamətdə layihə və tədbirlər icra olunub: "Maarifləndirmə işləri dövlət və qeyri-dövlət qurumlarında, orta və ali təhsil müəssisələrində, dini icmalarda aparılıb. Ümumilikdə 171 sayda tədbirdə 13 000-ə yaxın şəxsə icbari tibbi sığorta haqqında məlumat verilib”.  

Maarifləndirmə tədbirlərinin əhatə dairəsini genişləndirmək məqsədi ilə Agentliyin bölgələrdəki filial rəhbərləri ilə görüş keçirilib. Qurumun aidiyyəti nümayəndələri ilə filial rəhbərləri vətəndaşları icbari tibbi sığorta ilə bağlı maraqlandıran məsələləri müzakirə ediblər. Filial rəhbərləri tərəfindən bölgələrdə keçirilən tədbirlərin effektivliyinin artırılması, sığorta ilə bağlı əhalinin düzgün istiqamətləndirilməsi üzrə metod və vasitələr təhlil olunub. 
Daha geniş əhali kütləsini məlumatlandırmaq, din xadimlərinin əhatə etdiyi vətəndaşların icbari tibbi sığortanın xidmətlərindən faydalanmasını təmin etmək üçün dini icma üzvləri ilə görüşlər keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilən tədbirlərdə din xadimlərinə icbari tibbi sığortanın üstünlükləri haqqında ətraflı məlumat verilib. 

Bundan başqa maarifləndirmə işlərinə növbəti dəfə vətəndaş cəmiyyəti üzvləri cəlb olunub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən cari ildə elan edilən kiçik qrant müsabiqəsində 5 qeyri-hökumət təşkilatı qalib gəlib. QHT-lər icbari tibbi sığorta haqqında regionlarda əhalinin maarifləndirilməsini həyata keçirəcəklər. 

Digər tədbirlərə gəldikdə isə Agentliyin fəaliyyəti barədə vikipediyada 2 dildə səhifə yaradılıb. İcbari tibbi sığorta ilə bağlı 78 məlumat və 66 infoqrafik post paylaşılıb. ASAN radio ilə əməkdaşlıq çərçivəsində "1 sual, 1 cavab" rubrikasında dinləyicilərə icbari tibbi sığorta ilə bağlı məlumatlar təqdim olunub. Real TV-nin "Tibbi sığorta saatı” verilişi və qurumun "Facebook” səhifəsi üzərindən 21 canlı yayım paylaşılıb. Mediadan daxil olan 176 sorğunun 95%-i cavablandırılıb, digərləri aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial şəbəkə istifadəçiləri tərəfindən göndərilən 4438 sorğu dolğun şəkildə cavablandırılıb. 
 
Qeyd edək ki, Strategiyaya əsasən əhalinin maarifləndirməsi istiqamətində tədbirlər planlı şəkildə davam etdirilir. 
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə bağlı əməkdaşların məlumatlılığını artırmaq istəyən qurumlar, təlimlərin təşkili üçün [email protected] ünvanına müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir