AZXEBER.COM xəbər verir ki, tədbirdə YAP GB-nin sədri Seymur Orucov, rayon təşkilatlarının gənclər birliyinin sədrləri və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov çıxışında qeyd etdi ki, Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan xilas etdikdən sonra ölkəmizdə bütün sahələrdə inkişaf mərhələsinə başlanıldı. Məhz Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bütün sahələrlə yanaşı, gənclərə də xüsusi dövlət qayğısı göstərilməyə başlandı: “Belə ki, ölkənin təlatümlərindən çıxan Azərbaycan gəncliyi öz bacarıq və potensialını respublikadan kənarda istifadə edir, bununla ölkəyə öz səmərələrini verə bilmirdi. Məhz Heydər Əliyevin başlatdığı gənclər siyasəti nəticəsində Azərbaycandan kənarda fəaliyyət göstərən azərbaycanlı gənclər yenidən respublikaya dönməyə başladılar. Elm, təhsil və digər sahələrə cəlb edilən gənclər artıq bu gün Azərbaycanın tanımış ictimai-siyasi xadimlərinə çevrilib, ölkənin, dövlətin quruculuğunda müstəsna xidmət göstərirlər”.
Sonra çıxış edən gənclər də öz növbələrində vurğuladılar ki, Azərbaycan xalqının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun uğurlu davamı kimi, ölkə gəncləri Prezident İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşiblər. Azərbaycan gəncliyi gələcəkdə daha böyük uğurlara imza atmağa qadirdir.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.