İçərişəhərdə söyüş söydü, bu qədər CƏRİMƏLƏNDİ

İçərişəhərdə söyüş söydü, bu qədər CƏRİMƏLƏNDİ
SOSİAL
13:51 12.08.2023
208
İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların təpkisinə baxmayaraq səsini alçaltmayıb.

O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə cəzası kəsilib.
OXŞAR XƏBƏRLƏR