İyulun 24-də Almaniyadan Misirə 3 minə yaxın avtomobil daşıyan yük gəmisində başlayan yanğın hələ də söndürülməyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, gəminin batması təhlükəsi səbəbindən ekipajlar söndürmə suyuna müdaxilə edə bilməsə də, çevrilmə zamanı yanacağın suya qarışması nəticəsində baş verəcək ekoloji fəlakətlə bağlı narahatlıqlar var.
Ehtimal olunur ki, gəmi batsa, yanacağın suya qarışacağı və bu ən pis ssenarinin böyük ekoloji fəlakətə səbəb ola biləcəyi ehtimal edilir.
Digər tərəfdən, yük gəmisinin yaxınlığında vəziyyəti izləyən 8 xilasedici gəminin olduğu qeyd edilib.
Ümumdünya Dəniz Təşkilatı hadisənin böyük bir ekoloji fəlakətə çevrilməməsi üçün təhlükəsizlik tədbirlərini araşdırarkən, bir çox ətraf mühit təşkilatı hadisəni yaxından izləyir.
Qeyd edək ki, yanğın zamanı 1 nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.
Ayşən