Azərbaycan Kinomatoqrafçılar İttifaqında “yarpaq dökümü” davam edir.
AZXEBER.COM-un məlumatına görə, Kinematoqrafçılar İttifaqının daha bir neçə üzvü bu qurumu tərk edib. Artıq ötən gün tanınmış aktyor və rejissor Ramiz Əzizbəyli, prodüser Aydın Abdullayev və kaskadyor Əli Məmmədov ittifaqdan getmək haqqında ərizə yazıb.
AZXEBER.COM portalı olaraq məsələ ilə bağlı Ramiz Əzizbəyli ilə əlaqə saxladıq. Tanınmış aktyor İttifaqdan ayrıldığını təsdiqlədi:
“Fəaliyyətdən qalmış, heç bir iş görməyən ittifaqda qalmaq nə dərəcədə düzgündür? Amma burdan çıxmağımın səbəbi alternativ bir yerə getməyim deyil. Əgər öz işləri ilə özlərini doğrultsalar və mənə müraciət etsələr ki, geri qayıt ola bilsin ki gedim. Mən illərdən bəri içimdə yığılıb qalan nə vardısa, ərizəyə yazıb çıxdım. Çünki mən diqqətdən kənar qalmışdım. Həm xəstə olanda, həm işlə təmin olunanda, fəxri ada layiq olunanda gördüm ki, bu ittifaq məni özündən uzaqlaşdırır. Birinci katib əgər ərizə yazıb işdən çıxıbsa, deməli ittifaq dağılıb. Boş-boşuna oranın üzvü olmağın nə mənası var? Onsuzda bir xeyri yoxdu”.
Əfsələddin Ağalarov