İçkili adam eyvandan 4 yaşlı uşağın üstünə düşdü

İçkili adam eyvandan 4 yaşlı uşağın üstünə düşdü
DÜNYA
14:54 06.02.2018
1555
Sərxoş adam yolda gedən 4 yaşlı uşağın üzərinə düşüb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, Hindistanın Tamil Nadu əyalətində yaşayan 4 yaşlı Dhanyashri Sridhar adlı uşaq babası ilə yolda gedərkən binanın 2-ci mərtəbəsindən üzərinə sərxoş adamın düşməsi nəticəsində ağır yaralanıb.
 
Həkimlər bildirir ki, Sridharın beyni və onurğası zədələnib. Qızın üzərinə düşən 30 yaşlı Sivanın isə ayağı qırılıb. Sridharın ailəsinin şikayəti nəticəsində araşdırma başladan polis Silvanın müalicəsi bitdikdən sonra haqqında həbs qərarı çıxaracağı barədə məlumat verib.
 
Xəbərlər sosial media üzərindən yayılandan sonra balaca qızın müalicəsi üçün 25 min dollar pul yığıldığı bildirilib.
 
Leyla Rəhimli
OXŞAR XƏBƏRLƏR