İCMA üzvləri Naxçıvanda iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdi - FOTOLAR

İCMA üzvləri Naxçıvanda iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdi - FOTOLAR
SOSİAL
11:56 25.07.2026
462
24 iyul tarixində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və "Marsol Group” üzvləri ilə görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes mühiti və dövlət dəstəyi sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradır. Nazir vurğulayıb ki, 1 yanvar 2026-cı il tarixindən tətbiq olunan vergi, gömrük və sosial sığorta güzəştləri dövlət başçısının regiona göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 iyun 2026-cı il tarixdə "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. 1 sentyabr 2026-cı il tarixindən qüvvəyə minəcək olan Fərmanın əsas məqsədi ölkədə istehsal olunan malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikası mənşəli məhsulların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanlarını daha da yaxşılaşdırmaqdır. Nazir, sahibkarları muxtar respublikanın mövcud iqtisadi potensialından və yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, investisiya layihələrini reallaşdırmağa və dövlət-özəl sektor əməkdaşlığının inkişafına töhfə verməyə çağırıb.

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev bildirib ki, sahibkarlar arasında güclü əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi, investisiya imkanlarının araşdırılması və investisiya qoyuluşunun artırılması muxtar respublikada iqtisadi fəallığın güclənməsinə mühüm töhfə verəcəkdir.

Görüşdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən "Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri”, eləcə də "Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri” mövzularında təqdimatlar edilib.

Həmçinin Naxçıvanda işgüzar səfərdə olan şirkət nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumat verib, gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA)  tərəfindən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevə xatirə hədiyyəsi təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH
22:53 11.09.2026
“Sabah” “Barselona” və “Arsenal”a qarşı necə oynamalıdır? - ŞƏRH