İcra başçıları təlaşda - Nazir və komitə sədrlərindən sonra növbə onlara çatdı...

İcra başçıları təlaşda - Nazir və komitə sədrlərindən sonra növbə onlara çatdı...
SİYASƏT
16:01 01.05.2018
8273

Əhalini hakimiyyətdən narazı salan, sahibkarlığın inkişafını əngəlləyən icra başçıları yola salınacaq

Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu. Prezidentin fərmanları ilə üç nazir, 3 komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.

Onu da qeyd edək ki, hökumət kabinetində qeydə alınan dəyişikliklər insanlarda yerli icra hakimiyyəti başçıları korpusunda da yeniləşmə olacağına dair inamın yaranmasına səbəb olub. Nazir, komitə sədri, baş nazir müavinlərindən fərqli olaraq rayon, şəhər icra hakimiyyəti başçıları yerlərdə əhali ilə birbaşa təmasda olurlar. Bu baxımdan onların fəaliyyəti, yaxud fəaliyyətsizliyi bütövlükdə hakimiyyətlə bağlı rəyin formalaşmasına gətirib çıxarır. Bu gün özünü icra başçısı olduğu rayonun hökmdarı kimi aparıb, sahibkarından tutmuş kəndlisinə qədər - bütün rayon əhalisinə öz təbəəsi kimi baxan məmurlar var. Onların bu fəaliyyətləri nəticəsində əhali hakimiyyətdən narazı salınır, sahibkarlığın inkişafı əngəllənir, rayonların sosial-iqtisadi durumu ləngiyir. Bütün bunlar isə icra hakimiyyəti başçıları arasında da təmizləmənin aparılması zərurətini yaradır. Məlumata görə, gözlənilən dəyişikliklər artıq bəzi icra başçılarında ciddi təlaş yaradıb.    

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalının dediyinə görə, idarəçilik strukturunda rayon, şəhər icra hakimiyyəti başçıları mühüm yer tutur: "Ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinə nisbətən icra başçıları əhali ilə daha sıx təmasda olurlar. Onların arasında öz işini yüksək səviyyədə quran, ölkə prezidentinin siyasətini istisnasız olaraq həyata keçirən, xalqına xidmət etməyi özünə şərəf bilən icra başçıları kifayət qədərdir. Bunlar idarəçilik sistemində nəinki xalqla dövlət, hakimiyyət arasında problemlər yaratmırlar, həmçinin münasibətlərin ən yüksək səviyyədə qurulmasına şərait yaradırlar. Təbii ki, elə icra başçıları da var ki, bu keyfiyyətlərdən məhrumdurlar. Mən əminəm ki, cənab prezidentin bu barədə yetərincə məlumatı var və icra başçılarının arasında da yenilənmələr olacaq”.

Deputatın fikrincə, yenilənmə zamanı təyinatların sırf gənclər arasından olması mütləq şərt deyil: "Şübhə etmirəm ki, o gənclərə üstünlük veriləcək ki, onların idarəetmə sahəsində yetərincə təcrübəsi var. Çünki, bayaq da qeyd etdik ki, icra hakimiyyətləri yerlərdə əhali ilə ən çox işləyən dövlət qurumlarıdır. Onların rəhbəri olan şəxslərin insanlarla işləmək bacarığı, idarəçilik təcrübəsi, siyasi proseslərdən baş çıxarmaq qabiliyyəti olmalıdır. Cənab prezidentin təyinatlarında həmişə  bu keyfiyyətləri özündə əks etdirən kadrlara üstünlük verilir.  Mən əminəm ki, icra başçıları arasında yenilənmə zamanı da bu prinsiplərə əməl olunacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
18:10 17.03.2026
İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
18:00 17.03.2026
“Neftçi” və “Qarabağ” 4 gündə iki dəfə üz-üzə gələcəklər
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
17:53 17.03.2026
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR