İcra başçıları xüsusi nəzarət altına alındı - Əməliyyatlar davam edəcək

İcra başçıları xüsusi nəzarət altına alındı - Əməliyyatlar davam edəcək
SOSİAL
22:26 06.11.2025
1145
Son illərdə Ağstafa, Yevlax, Neftçala, İmişli, Biləsuvar, Cəlilabad və digər rayonların icra başçıları rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya əməllərinə görə məsuliyyətə cəlb olunub. Əməliyyatlar əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həyata keçirilir.

Bu il iki icra hakimiyyətinin başçısı oxşar əməllərə görə tutulub. Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Balakən rayon icra başçısı İslam Rzayev tutularaq Bakıya gətiriliblər və onlar barəsində həbs qətimkan tədbiri seçilib. Müşahidəçilər bildirir ki, Azərbaycanda icra hakimiyyətlərinə qarşı korrupsiya və vəzifə pozuntuları ilə bağlı aparılan yoxlamalar bundan sonra da davam etdiriləcək.

DTX ilə yanaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi da icra hakimiyyətlərində yoxlamalar aparır. Son analoji əməliyyat Qaradağ Rayon İcra Hakimiyyətində baş tutub. Rayon icra başçısının müavini Nadir Muradov və bir neçə vəzifəli şəxs torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan rüşvət almaqda şübhəli bilinir.

Görünən budur ki, artıq ira hakimiyyətlərinə diqqət artırılıb. Onlar xüsusi nəzarət altına alınıb və hər bir hərəkətləri, gəlir və xərcləri diqqətlə izlənilir.

Modern.az-a danışan Milli Məclisin üzvü Hikmət Məmmədov qeyd edib ki, dövlət idarəetməsində qanun pozuntularının baş verməsi ehtimal olunan haldır.

Lakin hüquqi dövlətin vəzifəsi ondan ibarətdir ki, bu kimi hallar baş verərsə, qanuni tədbir görsün. Dövlət də bu cür davranır. Hansısa məmurun və yaxud icra hakimiyyətinin başçısının cəzalandırılması cəmiyyətdə normal qarşılanmalıdır:

"Çox yaxşı haldır ki bu cür addımlar cəmiyyətdə təqdirlə qarşılanır. Ona görə də mənə elə gəlir ki, bunu sensasiya kimi yox, adi qayda kimi başa düşməliyik. Çünki nəzarət mexanizmi, yoxlama və əməliyyatlar daim olacaqdır”.

H.Məmmədov qeyd edib ki, nəzarətin gücləndirilməsi müxtəlif üsullarla mümkündür ancaq icra hakimiyyətinə nəzarəti heç bir halda qanunverici orqanla əlaqələndirmək olmaz: "Milli Məclis hakimiyyətin müstəqil qanadı olaraq qanunverici orqandır, nəzarətedici funksiyası yoxdur. Nəzarət funksiyası icra qanadının özündə mövcuddur. Məhkəmə hakimiyyəti də öz növbəsində prosesdə qanuni və həlledici vəzifəsini daşıyır”.

Deputatın sözlərinə görə prosesdə cəzalandırmadan daha çox ibrət hadisəsi var. Məqsəd kiməsə cəza vermək yox, qanunauyğun davranışların sərgiləməsinə təşviq etmədir. Nəticə çıxartmayanın məsuliyyəti öz üzərinə düşür.

MM üzvü vurğulayıb ki, qanun ictimai münasibətlərin hər bir detalını tənzimləyə bilməz. Bu, qadağa və vəzifələr sistemidir. Qanundan kənar məqbul davranışlar isə bizim azadlığımızıdır. Davranışlarımızın hamısının yazı ilə tənzimlənməsi mümkün deyil: "Fasiləsiz olaraq Milli Məclisdə qanunların qəbul edilməsi ictimai münasibət və iş strukturlarında yaranmış və ya yaranmaq ehtimalı olan boşluqların aradan qaldırılmasna yönəlib. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlar da yaxın təyinatlıdır.

Xatırladaq ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə tutulanlar arasında İmişlinin sabiq başçısı Vilyam Hacıyev, Biləsuvarın keçmiş rəhbəri Mahir Quliyev, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Cəlilabadın keçmiş başçısı Namiq Zeynalov, Şəmkirin sabiq rəhbəri Alimpaşa Məmmədov, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın keçmiş başçısı Qoca Səmədov və Kürdəmirin sabiq rəhbəri Ceyhun Cəfərov yer alır. Onların bəziləri artıq cəzalarını başa vuraraq azadlığa çıxıb.

Ekspertlər hesab edirlər ki, korrupsiya və vəzifə pozuntularına qarşı əməliyyatlar fasiləsiz şəkildə davam etdiriləcək. Bu həbslər digər icra başçıları üçün də ciddi xəbərdarlıq siqnalıdır, nəzarət mexanizmi artıq daimi xarakter alıb və qanunu pozan heç kim məsuliyyətdən yayınmayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
17:56 18.06.2026
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb