İcra başçısı Ağdağ qəsəbəsində görüş keçirdi - FOTOLAR

İcra başçısı Ağdağ qəsəbəsində görüş keçirdi - FOTOLAR
SOSİAL
12:46 17.04.2026
509
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Ağdağ qəsəbəsində görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təsdiqlənmiş səyyar qəbul cədvəlinə uyğun olaraq Ağdağ qəsəbəsində sakinlərlə görüş keçirib.
 
Səyyar qəbulda RPŞ-nin rəisi, YAP rayon təşkilatının sədri, RİH-nin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, qaldırılan problemlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Səsləndirilən məsələlərin icrası nəzarətə götürülüb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR