İcra başçısı aprel şəhidinin atasını yanından qovdu: “Get, kimə istəyirsən de...”

İcra başçısı aprel şəhidinin atasını yanından qovdu: “Get, kimə istəyirsən de...”
SOSİAL
16:21 06.04.2017
42683

Şamaxı Rayon İcra Hakimiyyəti aprelin 2-də Seysulan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elşən Səmədovun ailəsini evlə təmin etmir.

AZXEBER.COM xəbər verir ki, bu barədə BakiPost.az-a şəhidin atası Səlim Səmədov məlumat verib.

Bildirib ki, ev tikmək üçün torpaq sahəsi və ya fərdi ev almaq məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, rədd cavabı alıb: "Dəfələrlə icra hakimiyyətinə gedərək şifahi şəkildə müraciət etmişəm. İcra başçısı Asif Ağayevin, müavinləri Qasım Qasımovun və Gülnisə Ələkbərovanın şəxsən qəbulunda olmuşam. Hamısı vədlər veriblər, amma əməl edilməyib. Düzdür, ondan sonra Ağsu rayonundan nümayəndə gəlib 20 sot icarəyə torpaq verə biləcəyini dedi. Amma icarəyə verilən torpaq mənə sərf eləmir. Çünki verilən torpağın rəsmi sənədi yox idi. Mənim orada ev tikməyə səlahiyyətim çatmır.

Məcburiyyət qarşısında qalıb oğlumun 11 min manat qan pulundan şəxsən özüm 5 min verib torpaq sahəsi almışam. Bu barədə icra hakimiyyətinə və rayonumuzun deputatı Elxan Süleymanova müraciət edib, heç olmasa ev tikməyimə köməklik göstərmələrini xahiş etdim. Hətta hamısına torpağın notariusdan təsdiq edilmiş sənədini də göstərmişəm. Bununla bağlı Elxan Süleymanov icra hakimiyyətinə müraciət elədi. İcra hakimiyyəti isə ev tikməyə imkanlarının və büdcələrində pulun olmadığını dedilər. Hazırda rayonda 36 mənzildən ibarət olan 5 mərtəbəli bina tikilib. Amma heç kimə təhvil verilməyib. Yalnız Nadir Zəkəryayevə əkin sahəsi üçün icarəyə torpaq verilib”.

Şəhid atası qeyd edib ki, icra hakimiyyətinin başçısı Asif Ağayev, ümumiyyətlə rayondakı aprel şəhidinin ailələri ilə maraqlanmır: "Şəxsi evim yoxdur, ata-ana himayəsindəyəm. Hazırda 6 nəfər ailə üzvü ilə atamın evində yaşayıram. Oğlumun biri də Sərhəd Qoşunlarında - Xudatda xidmət edir. O da qardaşının ildönümündə gəlmişdi. Ancaq gəlməyinə peşman oldu. Çünki şəhid olmuş qardaşına qiymətin verilmədiyinin şahidi oldu. 

Mart ayında bayram ərəfəsində Müdafiə Nazirliyindən nümayəndələr gəlmişdi. Onlara da problemi dedim və vəziyyətimlə əlaqədar cənab nazir Zakir Həsənova məlumat vermələrini xahiş etdim. Nazirə bu barədə məlumat verəcəkləri bildirildi. Amma hələ də xəbər yoxdur.

Şamaxıda 3 aprel şəhid ailəsi var. Amma heç birinə köməklik göstərilmir. Maraqlanan da yoxdur. Ümumiyyətlə, icra hakimiyyəti heç kimlə maraqlanmır. Rayonda tikilən 5 mərtəbəli binadakı evlərin kimlərəsə verildiyini deyirlər. Amma əslində, heç kimə ev verilməyib. Kimə də deyirsən 3 və ya 5 min manat pul istəyir”.

 


 

Səlim Səmədov problem barəsində birinci vitse-prezident Mehriban Əliyevaya yazılı şəkildə müraciət etdiyini deyib: "Ümidimiz yalnız prezidentə və Mehriban Əliyevaya qalıb. Bilirəm ki, icra hakimiyyətindən bizə kömək edən olmayacaq. Rayon yeri olduğu üçün hamı kimin hansı şəkildə yaşadığını, evinin olub-olmadığını bilir. Əgər icra başçısı şəhid ailələri ilə maraqlansa onların da problemini bilər. Bir dəfn vaxtı, bir də ildə gəliblər. Ondan sonra maraqlanmırlar.

Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Oradan icra hakimiyyətinə məktub gəldi. Amma məktubda nə deyildiyini bizə demədilər. Bütün rayonlardakı şəhid ailələrinə ev və torpaq verilir. Amma biz gedib özümüz icra başçısına, müavinlərinə, digər şəxslərə müraciət edirik. Yalnız problemin düzələcəyini deyirlər. Amma bu nə vaxta kimi belə olacaq? Hamısını icra başçısı etməlidir. 

Oğlum əsgərlikdən gəlib hələ də işsizdir. Özüm də işləmirəm, pensiya almıram. Sosial yardımı da kəsiblər. Necə dəfə oğlumun işlə təmin olunması üçün icra hakimiyyətinə getmişəm. İşə düzəldəcəklərini deyirlər. Ancaq ortalıqda heç nə yoxdur. İcra başçısı deyir ki, gedib kimə müraciət edirsiz edin. Ona görə də yazdıqlarımız ərizəyə belə baxmırlar.

İndiyə kimi dövlətdən nəsə istəməmişəm. Öz zəhmətimlə uşaqlarımı böyütmüşəm. Amma tale elə gətirdi ki, oğlum şəhid oldu, indi mən haqqımızı tələb edirəm. Axı, prezident İlham Əliyev göstəriş verib ki, şəhid ailələri evlə təmin olunsun. Amma onun göstərişlərinə əməl etmirlər. İcra hakimiyyəti niyə bizimlə maraqlanmır? Elə deyirlər ki, ev növbəsindəsiz. Ümumiyyətlə, kimin pulu varsa, ona ev verirlər. Bütün rayonların icra başçıları şəhid ailələri maraqlanır. Onlara lazımi köməklik edir. Bizim oğullarımız bu millət, ailəsinə ev verməyən icra başçı üçün şəhid olub. Amma icra başçısının oğlu xaricdə gəzir. Başçının özü istədiyi pulu xərcləyir, altında bahalı maşın var. Amma deyir rayonun büdcəsində pul yoxdur. Bu necə olur?

Şəhid ailəsinin problemi ilə icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova BakiPost.az-a bildirib ki, şəhid ailəsi ev növbəsinə salınıb: "İcra hakimiyyəti onlarla maraqlanır. Hazırda onlar icra hakimiyyətində ev növbəsinə götürülüb. Qarabağ əlilləri və şəhid ailələrinə evlər növbəli şəkildə verilir. Artıq Şamaxıda onlar üçün 36 mənzilli bina tikilib. Bu yaxınlarda da həmin bina istifadəyə veriləcək. Allah qoysa, növbələri çatanda dövlət tərəfindən onlara ev veriləcək”.

Başçısının müavini qeyd edib ki, ev növbəli şəkildə verilir: "Kimisə kimdənsə qabağa sala bilərəkmi? Bu mümkün deyil”.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
19:24 15.08.2025
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
19:21 15.08.2025
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
19:10 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
18:59 15.08.2025
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib
18:48 15.08.2025
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib