Göygöl Rayon İcra Hakimiyyətinin başçısı İctimai TV-də keçirilən "Əlaçı” televiziya verilişinin qalibi olmuş Göygöl sakini Əsgərova Fatimə Cavid qızı ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, icra başçısı Fatiməni qazandığı uğur münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında yeni nailiyyətlər arzulayaraq bu cür uğurların gənclərin elmə və təhsilə olan marağının artmasına mühüm töhfə verdiyini vurğulayıb.
F.Əsgərova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, valideynləri də övladlarına göstərilən diqqətə görə təşəkkürlərini ifadə edərək bu kimi təşəbbüslərin gənclərin inkişafına böyük dəstək olduğunu qeyd ediblər.
Sonda qalibə Fəxri Fərman və hədiyyə təqdim olunub, xatirə şəkli çəkilib.














































