İcra başçısı hadisə yerində - Fotolar

İcra başçısı hadisə yerində - Fotolar
SOSİAL
10:34 09.01.2020
6173
Bu gün Badamdar qəsəbəsində baş verən sürüşmə yerinə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov gəlib. 

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hadisə nəticəsində eni 80, uzunluğu 100 metr olan torpaq kütləsi sürüşüb: "Hazırda monitorinqlər davam etdirilir, ölçmə işləri aparılır. Sürüşmə aktivdir, gərginlik var”.

O qeyd edib ki, torpaq kütləsi yolu tam bağlayıb: "Sürüşmə restoran divarlarının dibinə kimi gəlib. Burada yaşayış evləri yoxdur. Yamacın aşağısında yerləşən evlərə isə hələ ki, təhlükə yoxdur”. 

Əziz Qaralov əlavə edib ki, bu sürüşmə yeni deyil: "Bir il öncə baş verən sürüşmə sahəsinin üzərindəki torpaq kütləsi yenidən sürüşərək yolu qapayıb”.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR