İcra başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTOLAR

İcra başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTOLAR
İQTİSADİYYAT
15:33 25.04.2025
942
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.
 
AZXEBER.COM xəbər verir ki, Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sahibkarlar Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində Veysəloğlu Şirkətlər Qrupuna məxsus "Ulduz” şokolad fabrikini ziyarət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov tərəfindən qarşılanıb və ilk öncə "Ulduz” fabrikinin icraçı direktoru Kazım Babayev ziyarətçilərə müəssisənin fəaliyyəti, yerli və xarici bazarlar üçün istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Ardınca fabrikin məhsulları nümayiş etdirilib və istehsal prosesinin mərhələləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Fabrikin istehsal sahəsində keçirilən infotur zamanı müasir texnoloji avadanlıqların iş prinsipi, qablaşdırma və digər texnoloji proseslər barədə geniş məlumat verilib. Ziyarətçilər eyni zamanda fabrikin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş Mikrobioloji Laboratoriyanın fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, laboratoriyada Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslər üçün qida və qeyri-qida məhsullarının mikrobioloji analizi aparılır.

İnfoturun sonunda dəyirmi masa ətrafında müzakirələr aparılıb, Veysəloğlu Şirkətlər Qrupunun inkişaf dinamikasını əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu kimi iri biznes nümunələrinin fəaliyyəti ölkənin iqtisadi gücünün artmasına və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov isə bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Aydın Talıbov qeyd edib ki, biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.

Hər iki tərəf bəyan edib ki, bu kimi təmaslar dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Sonda sahibkarlar üçün yaradılan şəraitə və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə edilib.

30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Hazırda Şirkətlər Qrupunda 26 mindən artıq əməkdaş çalışır.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
20:55 18.06.2026
Ceyhun Bayramov ilə İshaq Dar arasında telefon danışığı olub
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
20:43 18.06.2026
Zəhra həkim səhlənkarlığına görə ölüb? - Açıqlama
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
20:35 18.06.2026
Azərbaycanın yüksələn beynəlxalq statusu: Bakıdan formalaşan etimad, inkişaf və strateji tərəfdaşlıq gündəliyi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
20:28 18.06.2026
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
20:25 18.06.2026
Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
20:19 18.06.2026
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
20:15 18.06.2026
“Coğrafi yerləşmə bəzən başağrısı ola bilər”
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
20:14 18.06.2026
“Ermənistanı məcbur edə bilərdilər, amma istəmirdilər” - İlham Əliyev
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
20:08 18.06.2026
Sabunçuda göz qapağı paltar zəncirbəndinə ilişən qadın xilas edildi - VİDEO
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
19:46 18.06.2026
Rusiya MN son sutkada 1000-ə yaxın Ukrayna dronunun vurulduğunu bildirib
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
19:27 18.06.2026
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
19:12 18.06.2026
"Tik-Tok uşaqları zərərli informasiyalarla üz-üzə qoyur" - Elşad Hacıyev
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
18:59 18.06.2026
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
18:48 18.06.2026
Rusiya 500-dən çox Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
18:37 18.06.2026
“Real Madrid” “Liverpul”un ulduzunu transfer etdi
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb
18:23 18.06.2026
Qubernator: Moskva vilayətinə PUA hücumunda 16 nəfər xəsarət alıb