İcra başçısı sakinlərlə görüşüb, evlərində qonaq olub

İcra başçısı sakinlərlə görüşüb, evlərində qonaq olub
SOSİAL
10:49 30.05.2019
2722
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun ən ucqar dağ kəndlərindən olan Dağ Daşbulaqda sakinləri fərdi şəkildə qəbul edib.

AZXEBER,COM xəbər verir ki, əvvəlcə kənd sakinləri ilə söhbət edən icra başçısı Alimpaşa Məmmədov bildirib ki, bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə prezidentin sonsuz sevgi və qayğısını hiss etdirməkdir.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, işıq dirəklərinin yenilənməsi və ötən il Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilən kənd yolunun bəzi yerlərində yağıntı sularının yaratdığı çöküntülər yenidən pərpa olunmasına köməklik edilməsini xahiş ediblər.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Qəbuldan sonra icra başçısı Alimpaşa Məmmədovu kənd ağsaqqalı Ziyad Qarayevin evində çay süfrəsinə qonaq olub.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR