İcra başçısı Tərtərdə kortejlə gəzir

İcra başçısı Tərtərdə kortejlə gəzir
SOSİAL
17:50 03.02.2017
12003
İcra başçısı Tərtərdə kortejlə gəzir Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla bağlı sensasion məlumat daxil olub.
 
AFN-ə danışan məlumatlı mənbənin sözlərinə görə, icra başçısı rayonda kortejlə gəzir: "Rayonda elə bir vəziyyət yaradılır ki, sanki prezident gəlir. Yollarda hərəkət dayandırılır, DYP maşınlarının müşayiəti ilə icra başçısının 59 AA 001 nömrə-nişanlı, BMW markalı avtomobili ya evindən icra hakimiyyətinə, ya əksinə, ya da hansısa obyektə gedir. Özünün də yanında 5-6 nəfər mühafizəçi olur. Bizə aydın deyil, Müstəqim Məmmədov özünü kimdən qoruyur. Sərhəd zonasıdır, ermənidən ehtiyat edirsə, o zaman zirehli avtomobildə gəzməsi kifayətdir. Rayonun ortasında onu ermənilər gəlib öldürəsi deyillər ki. Yox yerli camaatdan qorunursa, niyə? Bəlkə kiməsə pislik edib, ondan qorxur? Əslində əlindən gəlməyən iş deyil pislik əməlləri, amma hələ Azərbaycanda elə hal olmayıb ki, hansısa icra başçısı kiməsə etdiyi pisliyin cavabını qarşı tərəfdən alsın. Amma təcrübədə çox olub ki, prezidentin dediyinin əksinə hərəkət edən icra başçıları vəzifədən alınsın”.
 
Xatırladaq ki, bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyev mühüm dövlət tədbirində çıxış edərək məmurlara özlərini sadə aparmağı tapşırdı: "Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
22:10 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
22:00 23.05.2025
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi