“Şəmkir və şəmkirlilərə bu qədər ziyan və pislik etmiş ikinci birisi olmamışdır”.
Bu sözləri millət vəkili Etibar Hüseynov Şəmkirin işdən çıxarılan icra başçısı Nazim Veyisov haqqında söyləyib.
AZXEBER.COM xəbər verir ki, Etibar Heseynov onun haqqındakı fikirlərini “facebook” səhifəsində yazıb:
“Çünki hələ indiyə kimi onun qədər Şəmkir və şəmkirlilərə bu qədər ziyan və pislik etmiş ikinci birisi olmamışdır. Yalançı, fırıldaqçı, ikiüzlü birisi.. Şəmkirlilər onu həmişə nifrət və hiddətlə anacaq”.”
Xatırladaq ki, Nazim Veyisov oktyabrın 8-də prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Alimpaşa Adil oğlu Məmmədov həmin posta təyin edilib.