Göyçay rayonunun Rauf İsayev küçəsi sakinlərinin Miriyev Vüsal Sahib oğlu, Rzayev Elvin Fərhad oğlu Musayev Elçin Saday oğlu “Qafqazinfo” ya şikayət məktubu göndərib.Sakinlər müraciətlərində rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və rayonun Qaz İstismarı İdarəsinin rəisi Murtuz Salahovun qanunsuz əməllərindən şikayətlənirlər. Sakinlər qeyd edirlər ki, adları çəkilən qurumlar 3 ildir ki, onları süründürməklə məşğuldur: “Onlar evlərimizə maye qazın çəkilməsini təmin etmirlər. Əsas boru xətti ilə (ana xətt ) evimizə olan məsafə 200 metrdir. Qanuna əsasən belə olan halda Qaz İstismar İdarəsi xətti ozü çəkməlidir. İmkanımızın olmamasına baxmayaraq bizdən pul tələb edilir. Dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qəbulunda olmuşuq. O hər dəfə tədbir görüləcəyini bildirsə də, indiyədək heç bir tədbir görülməyib”.Sakinlər ilin bütün fəsli maye qazın olmamasından görə əziyyət çəkdiklərini bildirirlər: “Qışda azyaşlı uşaqlarımızın soyuqdan ölməməsi üçün çörək pulumuzu oduna veririk. İcra Başçısı Mənsur Məmmədovun rayonun Üngütlü kəndindəki əzəmətli villasına maye qaz çəkilib ki, bu da əsas maye qaz boru xəttindən həmin villaya 4 kilometr məsafədə yerləşir. Ora xüsusi boru xətti çəkilib. İcra başçısı Mənsur Məmmədov və Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov ancaq özlərini və ciblərini düşünürlər”.