İcra başçısının müavinin əri sərxoş halda canlı açdı - Dini dəyərləri aşağıladı - VİDEO

İcra başçısının müavinin əri sərxoş halda canlı açdı - Dini dəyərləri aşağıladı - VİDEO
SOSİAL
11:40 19.01.2026
1452
Füzuli icra başçısının müavinin əri sərxoş halda dini dəyərləri aşağılayıb

Füzuli icra başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov özünə məxsus sosial şəbəkə hesabında canlı yayım açaraq insanların dini dəyərlərini aşağılayıb.

Habil Eyvazov eyni zamanda Füzuli İcra Hakimiyyətində sürücü vəzifəsində çalışır.

Qısa müddətdə sosial şəbəkələrdə geniş yayılan görüntülər izləyicilərin ciddi narazılığına səbəb olub. 

Xatırladaq ki, Füzuli İcra Hakimiyyətinin başçısı Nuşrəvan Alıyevdir. 

Qeyd edək ki, görüntülərdə qeyri-etik ifadələr olduğuna görə, videonun böyük hissəsi silinmişdir.
 
///Milli.Az
 

OXŞAR XƏBƏRLƏR