İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu

İcra başçısının müavininin qardaşı narkotiklə tutuldu
SOSİAL
23:17 25.06.2020
1721
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.  
OXŞAR XƏBƏRLƏR