İcra başçısının oğlu 1 milyon manata obyekt alıb - FOTO

İcra başçısının oğlu 1 milyon manata obyekt alıb - FOTO
SOSİAL
18:58 28.06.2018
8041

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

AZXEBER.COM Unikal.org-a istinadən xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, D. Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

OXŞAR XƏBƏRLƏR