İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası –  FOTOLAR
SOSİAL
17:07 23.04.2016
30380
Nərimanov Prokurorluğunda çalışan Məhəmməd Hacıyev davaya meylli birisi kimi ad çıxarıb
Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar.
AZXEBER.COM  gundelik-baku.com-a istinadla verdiyi məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir.
İcra
Məlumatlı mənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir.
Sonda icra başçısı Vilyam Hacıyevə və oğluna bir sual vermək istəyirik: görəsən, İmişli camaatının dizə qədər palçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşamaq çətin deyilmi?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik