İcra başçısının prezidentə ‘analoqsuz’ deyə göstərdiyi stadion 1 ilə çökdü – FOTOFAKT

İcra başçısının prezidentə ‘analoqsuz’ deyə göstərdiyi stadion 1 ilə çökdü –  FOTOFAKT
SİYASƏT
15:26 03.01.2016
15274

28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfəri zamanı açılışı həyata keçirilən Beyləqanda Mərkəzi Şəhər Stadionu yağan birinci qar nəticəsində çöküb.

Beyləqanın icra başçısı Vaqif Abdullayevin büdcədən ayrılan vəsait hesabına “təmir etdirdiyi” stadion qarın ağırlığına tab gətirə bilməyib.

AZXEBER.COM tikintisinin bitməsindən hələ il yarım keçməmiş çökən stadionun təmiri zamanı dövlət büdcəsinin göyə sovrulması ilə bağlı maraqlı faktlar əldə edib.

Tikintini hansı şirkət həyata keçirib?

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, RİH başçısı Vaqif Abdullayev Beyləqanda Mərkəzi Şəhər Stadionunun inşasını heç bir tender keçirmədən "İSPİK" MMC adlı tikinti şirkətinə həvalə edir. İcra hakimi ilə şirkət arasında “centlemen” sazişi bağlanılır və tikinti işi üçün 600 min manatdan çox məbləq razılaşdırılır. Şirkətlə dədə-baba üsulu ilə aparılan bu razılaşma isə elədə uzun bir müddət davam etmir.

Prezidentin Beyləqana səfəri və gizlədilən faktlar

Bu “centlemen” razılaşmasından sonra təmir işlərinə başlayan şirkət 28 avqust 2014 tarixində Prezident İlham Əliyevin Beyləqana rəsmi səfərinə qədər stadionun böyük hissəsini hazırlaya bilir. Vəsaitin tam hissəsini ala bilməyən tikinti şirkəti stadionun daha çox kosmetik görüntüsünü tamamlaya bilir. Stadion vaxtında əvvəl istifadəyə verilir və Prezident İlham Əliyev açılışında iştirak edərək görülən işlərlə yaxından tanış olur.

V.Abdullayev bu fürsətdən istifadə edib ölkə başçısına daha çox görülən işlərlə tanış edir və tikintini başa çatdığını bildirir. Prezidentə stadionun təmiri zamanı Avropadan gətirilən tikinti materaillarından istifadə edildiyi də deyilir. Ölkə başçısının Beyləqana səfərinin bitməsindən sonra isə V.Abdullayevlə "İSPİK" MMC şirkəti arasında yeni çəkişmə başlayır. Bu dəfə “centelmen” müqaviləsi bağlayan tərəflər arasında pul mübahisəsi məhkəmə səviyyəsinə qədər yüksəlir.

"İSPİK" MMC ilə Vaqif Abdullayev arasında məhkəmə çəkişməsi

"İSPİK" MMC şirkətinin rəhbərinin öncədən razılaşdırılmış ödənişini icra başçısından ala bilməməsi onun prezidentə məktublar göndərməsi ilə nəticələnir. Bu məktublardan narahat olan icra başçısı "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin barəsində «Xüsusi ittiham qaydasında» şikayət ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə üz tutur.

Davam edən məhkəmə prosesində isə maraqlı faktlar üzə çıxır. O dövürdə “Təzadlar” qəzetində icra başçısının məhkəməyə təqdim etdiyi iddia ərizəsi də yayımlayır. İddia ərizəsindən kiçik bir çıxarış:

“Əsassız, böhtan xarakterli şikayətləri nəticəsində bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qalmışam, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur.”.

İcra başçısı əizəsində sahibkarın prezidentə müraciətindən narahat olduğunu da dilə gətirib. Təbii ki, son olaraq hakimin qərarı ilə icra başçısı məhkəməni uduzur və o iddiasın geri götürür.

Ortaya isə cavabsız qalan suallar çıxır. Əgər V.Abdullayev tikinti işlərinin keyfiyyətsiz görülməsi ilə bağlı öncədən məlumatlı idisə, bəs o zaman nəyə görə prezident İlham Əliyevə stadionun yüksək keyfiyyətli tikinti materialları ilə təmir edildiyini deyib? Və əgər tikinti işlərinin keyfiyyətsiz olması ilə bağlı o öncədən məlumatlı idisə nəyə görə bu günə kimi tədbir görməyib və nəticədə stadionun uçmasının qarşısını ala bilməyib?

Hər halda bu sualların cavabını dövlət qurumları araşdırmalı və dövtlət büdcəsini göyə sovuran icra başçısının fəaliyyətindəki ciddi nöqsanları orataya çıxartmalıdır.

Ortada isə hələ tikintisinin bitməsindən qısa müddət keçməsinə baxmayaraq çökən stadiondan bu görüntülər qalır.  Sport7 saytının yayımladığı həmin görüntünü təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib