İcra Hakimiyyətində kadr dəyişikliyi - 2 müavin işdən çıxarıldı

İcra Hakimiyyətində kadr dəyişikliyi - 2 müavin işdən çıxarıldı
SOSİAL
13:37 11.05.2018
4165
Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Yeni başçısı Natiq Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib. 

Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.

Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, Natiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
OXŞAR XƏBƏRLƏR