Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədovun 250 minlik xidməti maşın alması ilə bağlı xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bununla bağlı elan olunan tenderdə "Mercedes Benz S 350” markalı maşının alınması nəzərdə tutulub.
"Qafqazinfo” məsələ ilə bağlı icra hakimiyyətinin mühasibi Kazım Zamonovla əlaqə saxlayıb. O bildirib ki, dövlət büdcəsindən xidməti avtomobil alınması üçün 50-55 min manat vəsait nəzərdə tutulub: "Ola bilər ki, biz 45 minlik də maşın ala bilərik. Bu təbii ki, işlənmiş maşın olacaq. Saytlarda yazıldığı kimi, 250 minlik maşın deyil. Qanunla icra hakimiyyətinin balansında 5 xidməti avtomobil olmalıdır. Bizim hazırda 3 xidməti avtomobilimiz var. Başçının birinci müavininin xidməti avtomobili yoxdur. İndi tender vasitəsiylə başçıya maşın alananda, A. Məmmədovun hazırkı avtomobili birinci müavininə veriləcək”